Reuters: Kəşfiyyat ABŞ-ın qələbə elanına İranın reaksiyasını öyrənir

post-img

Reuters mənbələrə istinadən xəbər verir ki, ABŞ kəşfiyyatı Prezident Donald Trampın ölkəsinin müharibədə qələbə qazanması barədə açıqlamasına İranın mümkün reaksiyasını proqnozlaşdırmağa çalışır. Araşdırma Dövlət Departamentinin tələbi ilə başlayıb.

Tədqiqatın məqsədi ABŞ-ın münaqişədən potensial olaraq çıxmasının nəticələrini anlamaqdır. Administrasiya rəsmiləri hesab edirlər ki, davam edən düşmənçilik bu ilin sonlarında keçiriləcək ara seçkilərdə respublikaçılar üçün əhəmiyyətli itkilərə səbəb ola bilər.

ABŞ kəşfiyyatı İranın Amerika qoşunlarının geri çəkilməsini qələbə kimi qəbul edəcəyi qənaətinə gəlib. Lakin qələbə elan edilərsə və hərbi kontingent bölgədə saxlanılarsa, Tehran bunu hərbi əməliyyatlara son qoyulmasına gətirib çıxarmayacaq danışıqlar taktikası kimi görə bilər.

Reuters-in Ipsos-la birgə keçirdiyi sorğuya görə, respondentlərin yalnız 26 faizi hərbi kampaniyanın böyük xərclərə səbəb olduğunu düşünür. 25 faiz isə əməliyyatın ABŞ-ın təhlükəsizliyinə müsbət təsir göstərdiyinə inanır.

P.ƏMİRCANOV
XQ

 

Dünya