ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkəsi NATO vasitəsilə Ukraynaya silah tədarük etməyə hazırdır və bazar ertəsi “böyük açıqlama” verəcək. Bu barədə məlumatı “Euronews” yayıb.
ABŞ lideri NATO üzrə müttəfiqlərinə ən müasir silahları Ukraynaya vermək planlarını açıqladıqdan sonra Mark Rutte bu həftə Trampla görüşəcək. Rutte bazar ertəsi və çərşənbə axşamı Vaşinqtonda olacaq, Tramp, ABŞ dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və Konqres üzvləri ilə danışıqlar aparacaq.
Bazar günü axşam Tramp jurnalistlərə deyib: “Sabah baş katiblə görüşəcəm. Biz onlara əsasən müxtəlif çox mürəkkəb silahlar göndərəcəyik və onlar bunun haqqını 100 faiz ödəyəcəklər”.
Ruttenin səfəri Trampın keçən həftə Ukraynanın kütləvi hava hücumlarını dəf etməkdə çətinlik çəkdiyi bir vaxtda Rusiya ilə bağlı “böyük açıqlama” verəcəyini söyləməsindən sonra baş verib.
P.ƏMİRCANOV
XQ