Tramp: Ukraynaya “Patriot” raket sistemlərinin ilk tədarükü başlayıb

post-img

ABŞ Prezidenti Donald Tramp NATO ilə razılaşma əsasında Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin ilk tədarükünə başlandığını açıqlayıb. Məlumatı “Kommersant” verib. 

“Onlar artıq çatdırılır. Onlar Almaniyadan gətirilir... Və bütün hallarda ABŞ ödənişləri tam şəkildə alır”, - deyə o, jurnalistlərə bildirib.

Tramp NATO müttəfiqləri hesabına Kiyevə silah tədarükünü bərpa edəcəyinə söz verib. Xüsusilə, Amerika prezidenti yaxın vaxtlarda Kiyevə 17 “Patriot” sistemi göndərmək planlarını açıqlayıb. 

P.ƏMİRCANOV
XQ

Dünya