Avstraliyadan Ukraynaya daha bir tank yardımı

post-img

Avstraliyanın müdafiə naziri Riçard Marles şənbə günü bəyan edib ki, Ukrayna ABŞ istehsalı olan 49 ədəd M1A1 Abrams tankının əksəriyyətini artıq təhvil alıb. Bu yardım, Avstraliyanın Ukraynaya ayırdığı 160 milyon dollarlıq son paket çərçivəsində həyata keçirilib. Marles bildirib ki, qalan texnikanın isə yaxın aylarda Kiyevə çatdırılacağı gözlənilir.

Avstraliya 2022-ci ildən bəri Ukraynaya yardım edən ilk ölkələrdəndir və ümumi dəstək paketi 1 milyard dollara yaxınlaşır. Apreldə məlum olmuşdu ki, Kanberra planlaşdırılan tank partiyasını vaxtında təhvil verə bilməyib. Gecikməyə səbəb ABŞ-ın 2007-ci ildən istismarda olan bu texnikanın ötürülməsinə dair icazə verməməsi olub.

Avstraliya, NATO üzvü olmasa da, Ukraynaya ən çox yardım göstərən ölkələrdən biri kimi çıxış edir və hərbi texnika ilə yanaşı, humanitar və maliyyə dəstəyi də təqdim edir.

S.ELAY

XQ

Dünya