ABŞ “Halloween”i qeyd edib

post-img

31 oktyabr axşamı bütün amerikalılar və xüsusilə uşaqlar çoxdan gözlədiklər sevimli bayramlarını qeyd edirlər.

AZƏRTAC-ın ABŞ bürosu xəbər verir ki, nəhayət onlar bir aya yaxındır hazırlaşdıqları “Halloween” bayramı ilə bağçı şəkərtoplama mərasiminə çıxıblar.

Uşaqlar müxtəlif personajları və ya qorxunu əks etdirən geyimlərini geyinərək qapıları döyür və “trick, or treat”, yəni “şəkər, yoxsa hiylə?” mənasını verən ifadəni səsləndirirlər. Qapını açanlar isə ya uşaqlara şəkər verməlidir. Əks halda uşaqlar onlara hiylə gələcək və ya fənd işlədəcəklər. Sonda isə “Halloween” bayramınız mübarək” deyərək vidalaşırlar və sıra növbəti qapıya gəlir.

Şəkər yığmağa can atan uşaqlar qədər qapılarını onlara açan insanlar da həvəslidirlər. Onlar sanki bir aya yaxındır, qapı bəzəmə yarışına giriblər və “Halloween” günü bayram təbrikləri və şəkər dolu səbətlərlə uşaqları qarşılayırlar.

Qapılardakı “Halloween” dekorasiyalarından heyrətə gəlməmək mümkün deyil. Hər qapda fərqli personaj, fərqli dekor və və əyləncəli şəkildə “qorxutmaq” məqsədi daşıyan müxtəlif personajlar.

Əslində tarixi qədim olan və dini sayılan bu bayramda onu qeyd edən xalqlar həmin gecə canlılar dünyası ilə ölülər dünyası arasındakı sərhədlərin açıldığını, ruhların dünyaya qayıtdığını düşünürdülər. Qorxulu personajlar, skelet, maska, ruh ənənəsi də məhz burdan gəlib. ABŞ-da bu bayram dini mənasını itirərək daha çox əyləncə, kostyum, balqabağın bəzədilməsi kimi mərasimlərlə qeyd olunur.

“Halloween” bu gün Amerikanın ən populyar və kommersiya baxımından ən gəlirli bayramlarından biridir. Bununla əlaqədar hər il kostyum, bəzək, şirniyyat və tədbirlərə təxminən 10 milyard dollardan çox vəsait xərclənir.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton





























Dünya