Çinin Honkonq xüsusi inzibati ərazisində yaşayış kompleksindəki yanğında ölənlərin sayı 75-ə yüksəlib.
Son məlumatlara görə, 76 nəfər, o cümlədən 11 yanğınsöndürən xəsarət alıb, 279 nəfər itkin hesab olunur. Ölənlərdən biri də yanğınsöndürəndir.
Hazırda ərazidə axtarış-xilasetmə işləri davam edir. Hadisə yerinə 300-dən çox yanğınsöndürmə və xilasetmə avtomobili, eləcə də 1200-dən çox yanğınsöndürən cəlb olunub.
XQ

