Belarus Ukraynaya qarşı müharibədə Rusiyanı dəstəkləməsi ilə bağlı narahatlıqlara baxmayaraq, Donald Trampın münaqişələrin həlli ilə bağlı təşəbbüsünə qoşulub.
Məlumatı “Euronews” verib.
Beləliklə, Belarus ABŞ prezidenti Donald Trampın Sülh Şurası təşəbbüsünə qoşulan sonuncu ölkə olub. Bu ölkənin Brüssel tərəfindən sərt sanksiyalara məruz qalacağı gözlənilir.
X sosial media platformasında dərc olunmuş bəyanatda Sülh Şurasının nümayəndələri “Belarusu bu inkişaf edən beynəlxalq təşkilatın təsisçi üzvü kimi alqışladıqlarını” açıqlayıblar. Minskin daimi üzvlüyünüb təmin olunması üçün milyard dollarlıq ödəniş edib-etmədiyi məlum deyil.
Belarus Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada bildirilir ki, Minsk “qarşılıqlı hörmət və iştirakçı ölkələrin milli maraqlarının qeyd-şərtsiz nəzərə alınması prinsiplərinə əsaslanan yeni qlobal və regional təhlükəsizlik arxitekturasının formalaşdırılmasında fəal rol oynamağa hazırdır”.
P.ƏMİRCANOV
XQ

