Avropa İttifaqı Ukraynaya 90 milyard avro ayırır

post-img

Avropa İttifaqı ölkələri 2026 və 2027-ci illərdə Ukraynanın maliyyə və hərbi ehtiyaclarını ödəmək üçün Kiyevə 90 milyard avroluq kredit vermək barədə razılığa gəliblər. Brüssel Kiyevi xarici yardımın qəfil azalmasından xilas etmək üçün ilk ödənişi aprelin əvvəlində etmək niyyətindədir.

Kreditin bir hissəsi olaraq, Ukraynanın büdcə ehtiyacları üçün (30 milyard avro), silah və sursat alınması üçün (60 milyard avro) ayrılacaq.

Avropa İttifaqı Şurasına sədrlik edən Kiprin yeni versiyasını təqdim etməsindən sonra səfirlər hüquqi mətnlərlə bağlı razılığa gəliblər. Kiprin maliyyə naziri Makis Keravnos bildirib ki, “Bugünkü razılaşma Aİ-nin Ukraynanı və onun xalqını dəstəkləmək üçün qətiyyətli hərəkət etməyə davam etdiyini göstərir. Bu yeni maliyyələşdirmə ölkənin təcavüz qarşısında sarsılmaz dayanıqlığının təminatına kömək edəcək. Eyni zamanda, biz dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə beynəlxalq hüquqa uyğun olaraq tam hörmət edilməli olduğuna dair güclü bir siqnal göndəririk”.

P.ƏMİRCANOV
XQ

Dünya