Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

“Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 avqust tarixli 144 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 avqust tarixli 144 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 620 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissə üzrə:

1.1. birinci abzasda “aşağıdakı dövlət orqanlarına” sözləri “aşağıdakılara” sözü ilə əvəz edilsin.

1.2. 1.1-ci və 1.2-ci bəndlər müvafiq olaraq 1.2-ci və 1.3-cü bəndlər hesab olunsun və aşağıdakı məzmunda 1.1-ci bənd əlavə edilsin:

“1.1. Azərbaycan Respublikasının Prezidentinə:

1.1.1. kredit təşkilatının yenidən təşkili və ləğvi;”.

1.3. 1.2.1-ci yarımbəndə “kredit” sözündən əvvəl “Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla,” sözləri əlavə edilsin.

2. 2-ci hissədə “1.1-ci” sözləri “1.2-ci” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 yanvar 2026-cı il

Fərmanlar