Azərbaycan cüdoçusu Hidayət Heydərov Avropa çempionatının qalibi adına layiq görülüb.
Fransanın Monpelye şəhərində keçirilən yarışda 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finalda ispaniyalı Salvador Kases Rokanı məğlub edib. Bununla da, cüdoçumuz üçüncü dəfə Avropa çempionu olub.
Qeyd edək ki, komandamız yarışda 11 idmançı ilə təmsil olunur.
Leyla SABİRQIZI
XQ

