Azərbaycan cüdoçularının Qran-Pri yarışındakı ilk rəqibləri müəyyənləşib

post-img

Meksikanın Qvadalaxara şəhərində cüdo üzrə Qran-Pri turnirinin püşkatma mərasimi keçirilib.

Cüdo Federasiyasından XQ-yə bildirilib ki, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan idmançılarının ilk rəqibləri müəyyənləşib.

Yarışda Azərbaycan ümumilikdə 7 çəki dərəcəsində 11 idmançı ilə təmsil olunacaq. Turnirdə 33 ölkədən 231 cüdoçu (142 kişi, 89 qadın) iştirak edəcək.

Qvadalaxara Qran-Prisinin təsnifat mərhələsinin görüşləri bu gün Bakı vaxtı ilə saat 23:00, final bloku isə sabah 04:00-da start götürəcək.

Kişilər

60 kiloqram, 1/8 final

Əhməd Yusifov – İsrael Kruzalta (Meksika)

Balabəy Ağayev – Maksim Merlin (Fransa)

66 kiloqram, 1/16 final

Yaşar Nəcəfov – Georgios Balarcişvili (Kipr)

66 kiloqram, 1/8 final

Ruslan Paşayev – Romarik Vend-Yam Buda (Fransa) / Finley Allan (Böyük Britaniya) cütünün qalibi

73 kiloqram, 1/8 final

Hidayət Heydərov – Valtteri Olin (Finlandiya)

Rəşid Məmmədəliyev – Ulises Mendes (Meksika)

81 kiloqram, 1/16 final

Vüsal Qələndərzadə – Xorxe Peres (Çili)

81 kiloqram, 1/8 final

Zelim Tçkayev – Xose Mariya Mendiola İskyeta (İspaniya) / Hilberto Kardoso (Meksika) cütünün qalibi ilə

90 kiloqram, 1/8 final

Murad Fətiyev – Aaron Santamariya Rodriqes (İspaniya)

100 kiloqram, 1/8 final

Zelim Kotsoyev – İosif Simin (İsrail)

+100 kiloqram, 1/8 final

Uşanqi Kokauri – Marven Qado (Monako)

Qeyd edək ki, turnirə oktyabrın 19-da yekun vurulacaq.

İdman