Azərbaycan millisinin daha bir boksçusu Monteneqronun Budva şəhərində keçirilən U-15 Avropa çempionatında yarımfinala vəsiqə qazanıb. Nəsrin Abdullazadə 1/4 finalda Esila Yıldırıma (Türkiyə) qalib gəlməklə bu hüquqa yiyələnib.
40 kiloqram çəkidə mübarizə aparan millimizin üzvü 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28) hesablı qələbə qazanıb. O, yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib.
Abdullazadə bu gün finala vəsiqə uğrunda Elliemay Feterstonla (İrlandiya) döyüşəcək.
Qeyd edək ki, 32 ölkədən 369 boksçunun qatıldığı Avropa çempionatına oktyabrın 25-də yekun vurulacaq.
Y.QABİL
XQ