“Qarabağ” 17 pillə irəliləyib

post-img

Ağdamın “Qarabağ” klubu Dünya reytinqində daha 17 pillə irəliləyib.

Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.

192,25 xalı olan Azərbaycan çempionu 82-ci sıradan 65-ci yerə qalxıb.

“Sabah” 296-cı mövqedən 276-ya, “Zirə” 407-dən 387-yə, “Araz-Naxçıvan” 391-dən 390-a yüksəlib.

Qeyd edək ki, 502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 567 xalla liderdir.

Qabil YUSİFOĞLU
XQ

İdman