AFFA-nın vitse-prezidenti FIFA komissarı olacaq

post-img

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb. Qurumdan verilən məlumata görə, o, DÇ–2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 15-də keçiriləcək Gürcüstan – İspaniya oyununun FIFA komissarı olacaq.

E qrupunun qarşılaşması Tbilisidə yerləşən Boris Payçadze adına stadionda təşkil olunacaq.

Qabil YUSİFOĞLU
XQ

İdman