Xankəndidə XI Vüqar Həşimov Memorialına start verilir

post-img

Xankəndi şəhərində bu gün XI Vüqar Həşimov Memorialına start veriləcək.

XQ xəbər verir ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə baş tutacaq turnirdə 6 şahmatçı rapid və blits üzrə mübarizə aparacaq.

Zəka sahiblərindən Yan Nepomnyaşi (FİDE), Amin Tabatabai (İran), Vladimir Fedoseyev (Sloveniya), Nodirbek Yakubboyev (Özbəkistan), Rauf Məmmədov və Aydın Süleymanlı 2 dövrədə qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, Memorial dekabrın 11-də başa çatacaq.

İdman