Azərbaycanın U-17 millisinin ilkin heyəti açıqlanıb

post-img

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən aprelin 23-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışında olacaq.

XQ xəbər verir ki, U-17 aprelin 24-dən mayın 1-dək Qazaxıstanın Çimkənd şəhərində UEFA İnkişaf Turnirində iştirak edəcək. Aqil Nəbiyevin yetirmələri turnir çərçivəsində Rusiya, Qazaxıstan və Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Milli komandanın 26 nəfərlik ilkin siyahısı bəlli olub. 20 futbolçudan ibarət yekun heyət Qazaxıstan səfəri öncəsi müəyyənləşəcək.

U-17-yə dəvət edilən futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq:

 

İdman