Bugünlərdə “Az Thermo King” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib. Bununla da parkın rezidentlərinin sayı 19-a çatıb.
Yeni sahibkarlıq subyekti parkın ərazisində soyutma avadanlıqlarının istehsalı layihəsini həyata keçirəcək. Bu məqsədlə ərazidə il ərzində 5 növdə olmaqla 3,7 min soyutma avadanlıqları istehsal etmək gücündə olan müəssisə inşa ediləcək. İnvestisiya dəyəri 8 milyon manat təşkil edən layihə çərçivəsində istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır.