OPEC bu il üzrə qlobal neft tələbatının artım proqnozunu dəyişdirməyib.
XQ xəbər verir ki, cari ildə qlobal neft tələbatının ötən illə müqayisədə 1,38 milyon barel artaraq gündəlik 106 milyon 520 min barelə çatacağı gözlənilir.
Qeyri-OECD ölkələrində tələbatın 1,23 milyon barel artaraq sutkalıq 60 milyon 430 min barel, OECD ölkələrində isə 150 min barel artaraq gündəlik 46 milyon 90 barel olacaq.
2027-ci ildə qlobal neft tələbatının bu illə müqayisədə 1,34 milyon barel artaraq sutkada 107 milyon 860 min barel təşkil edəcəyi proqnozlaşdırılır. OECD-yə üzv olmayan ölkələrdə 1,24 milyon barel artımla gündəlik 61 milyon 670 min barelə, OECD ölkələrində isə 100 min barel artımla sutkalıq 46 milyon 190 min barelə çatacağı gözlənilir.

