Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin hazırlanması prosesi başa çatıb.
Bu barədə məlumat yayan “Seçki 2024” Müstəqil Media Mərkəzi onu da bildirir ki, mövcud qayda Mərkəzi Seçki Komissiyasının “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.
Xatırladaq ki, qanunvericiliyə əsasən, seçki bülletenlərinin hazırlanması prosesi səsvermə gününə ən azı 10 gün qalanadək yekunlaşmalıdır. Təqvim Planında prosesin avqustun 22-dək başa çatdırılması nəzərdə tutulub.

