Opera studiyasının “Altıncı mərtəbə”si

post-img

Bakı Musiqi Akademiyasının Opera studiyasında tanınmış teatr xadimi, jurnalist və aktrisa Lalə Əliyeva-Klıçkovanın səhnələşdirdiyi, əsasən rusdilli tamaşıçılar üçün nəzərdə tutulan “Баку: сквозь вселенную” tamaşasının təqdimatı olub.

Müstəqil “İki stul” teatr studiyasının yaradıcı heyətinin təqdim etdiyi yeni konsepsiyalı səhnə əsəri müəllifin novellaları və tanınmış yazıçı Meyxoş Abdullahın “Altıncı mərtəbə” hekayəsinin motivləri əsasında hazırlanıb. Layihənin prodüserləri Zaur Əliyev və Alyona Xarçenkodur. Rolları İsmayıl Əliyev, Anastasiya Lenkovskaya və İnqa Baxoldina ifa ediblər. Həqiqi sevginin nə olduğundan bəhs edən əsərin ideyası peşəkar quruluş və aktyor oyunu ilə tamaşaçıların marağına səbəb olub.

Qeyd edək ki, “İki stul” teatr studiyası bundan əvvəl “O dünyadan gələn qonaq” və “Meri Poppins” adlı tamaşaları da uğurla səhnəyə qoyub.

XQ

Mədəniyyət