“Qış nağılı”. Həmrəyliyin və sənətin vəhdəti

post-img

YAP Yasamal Rayon Təşkilatı, Beynəlxalq Qalereya və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Qış nağılı” adlı sərgi keçirilib.

XQ  xəbər verir ki, layihə rəhbəri Aygün Əzizovanın təşəbbüsü ilə keçirilən bu tədbir həm milli həmrəyliyin, həm də incəsənətin gücünü bir araya gətirib. Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova iştirakçıları salamlayaraq, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə onları təbrik edib. O, çıxışında uşaqların və yeniyetmələrin vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyətini vurğulayıb. 

Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək, sərginin yüksək səviyyədə təşkil olunduğunu və təqdim olunan əsərlərin qış mövsümünün ruhunu incəliklə əks etdirdiyini qeyd edib. 

Sərgidə 120 rəssamın əsərləri nümayiş olunub. İştirakçılar arasında Şatu Sənət Evinin rəhbəri Turan İlham, Şəhanə ART Studionun rəhbəri Şəhanə Paşayeva, Menar Kids School-un Xətai filialı və Panda School-un müəllimi Elmira Həsənova, Azad və Bumerang Tədris Mərkəzlərinin müəllimi Fidan Abidova, İnci Akademinin rəhbəri İnci Məstəliyeva, RF ART Studionun rəhbəri Fidan Rüstəmzadə, rəssamlar Səadət Nərmin Hacıyeva və Aygün Qürbətova tələbələri ilə birlikdə iştirak ediblər. Bədii hissədə Şuşa Dövlət Musiqili Dram Teatrının quruluşçu baletmeystri, Bakı İstanbul Liseyinin müəllimi və Xarıbülbül rəqs qrupunun rəhbəri Amil Əhmədovun tələbələrinin ifasında “Arşın Mal Alan”, “Heyvagülü” və “Yallı” rəqsləri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. 

Sonda sərgi iştirakçılarına diplomlar və xatirə hədiyyələri təqdim olunub.

Fidan SALMANOVA
XQ











Mədəniyyət