Azərbaycanlı xormeyster Alanya festivalının baş münsifi olub

post-img

Türkiyənin Alanya şəhərində keçirilən beynəlxalq musiqi festivalında bu ölkəni, Azərbaycanı, Qazaxıstanı, Rusiyanı, Ukraynanı, Moldovanı və Rumıniyanı təmsil edən münsiflər heyətinə həmyerlimiz, Azərbaycan Dövlət Filarmoniyasının xormeysteri, əməkdar artist Yulizana Kuxmazova rəhbərlik edib.

Tanınmış xormeyster XQ-yə bildirib ki, çoxjanrlığı və inteqrativliyi ilə fərqlənən bu musiqi yarışmasının tələbkar müsiflər heyəti solo konsertlərində gənc ifaçıların fərdi yaradıcılıq xüsusiyyətlərini, bədii düşüncə tərzini, peşəkarlıq səviyyəsini həssaslıqla dəyərləndirib. Qala-konsertlər layihənin təhsil yönümlü olması ilə seçilib.

XQ

Mədəniyyət