№ 91 Bakı şəhəri, 19 mart 2025-ci il
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Aparatının işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında
“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 dekabr tarixli 419 nömrəli Sərəncamının 2.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Aparatının işçilərinin aylıq vəzifə maaşlarının cədvəli bu Qərarın əlavəsinə uyğun olaraq müəyyən edilsin (əlavə olunur).
2. Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri