Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 189 Bakı şəhəri, 30 iyun 2025-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 29 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun strukturu, işçilərinin say həddi və əməkhaqqı fondu”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 29 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 173 (Cild I); 2024, № 4, maddə 441) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun strukturu, işçilərinin say həddi və əməkhaqqı fondu” yeni redaksiyada verilsin (əlavə olunur).

2. Bu Qərarın 1-ci hissəsi ilə edilmiş dəyişikliklə bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.

3. Bu Qərar 2025-ci il aprelin 1-dən tətbiq edilir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları