“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

post-img

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 682 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. 26.2-ci maddədə “orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada” sözləri “orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təqdim etdiyi məlumatlar əsasında” sözləri ilə əvəz edilsin.

2. 39.2.2-ci maddədən “və heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı” sözləri çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 aprel 2025-ci il

Qanunlar