Avstriyanın Çindəki sabiq səfiri: Qlobal miqyasda Azərbaycanın rolunu anlamaq olduqca zəruridir

post-img

Qlobal miqyasda Azərbaycanın rolunu anlamaq olduqca zəruridir. Coğrafi baxımdan bu orta ölçülü ölkə Avropa və Asiyanın arasında, Şərq-Qərb və Şimal-Cənub kəsişmə nöqtəsində yerləşir.

Bunu Bakıda keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumun iştirakçısı, Avstriyanın Çindəki sabiq səfiri, İsveçrənin Humanitar Dialoq üzrə Mərkəzinin Baş müşaviri Martin Sajdik AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

Forumda iştirak etməkdən olduqca məmnun qaldığını bildirən müşavir əlavə edib: “Prezident İlham Əliyevin çıxışına qulaq asmaq, verilən suallara cavablarını dinləmək çox maraqlı oldu. Mənim üçün isə Azərbaycanın Ermənistanla münaqişədə mövqeyini daha yaxşı anlamaq vacibdir. Ümid edirəm ki, bu münaqişə tezliklə həll olunacaq. Azərbaycanın qlobal sülhə töhfə verməyə sadiq qalması təqdirəlayiqdir”.

Siyasət