Qazaxıstan Prezidenti: Astana və Bakı birgə müəssisələrin yaradılmasında maraqlıdır

post-img

Qazaxıstan və Azərbaycan birgə müəssisələrin yaradılmasında maraqlıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.

O qeyd edib: “Hər iki tərəf birgə müəssisələrin yaradılmasında maraqlı olduqlarını bildirib və bu məsələdə mühüm irəliləyiş əldə olunub. Məsələn, transformatorların birgə istehsalına başlanılması planlaşdırılır. Yaşayış və infrastruktur obyektlərinin tikintisi davam etdirilir, gəmiqayırma sahəsində birgə layihələr işlənib hazırlanır”. Onun sözlərinə görə, hər iki ölkənin hökumətlərinə bu sahələrə nəzarət etmək və mümkün qədər tez bir zamanda sənaye sahəsində əməkdaşlığın inkişafı üçün plan və ya Yol xəritəsi qəbul etmək tapşırılıb.

Siyasət