Bu möhtəşəm bir gündür. Qəzza ilə bağlı Sülh Şurasına qoşulmaq istəyən çox ölkə var. Bu bir neçə gün ərzində biz dünyanın bir çox uğurlu iş adamları və dövlət başçıları ilə görüşlər keçirmişik.
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində çıxışında deyib.
“Bu gün biz Qəzza ilə bağlı Sülh Şurasının yaradılması üçün bura toplaşmışıq. Yaxın Şərqdə sülh var. Heç kim bunun mümkün olduğunu düşünmürdü. Biz 8 müharibəyə son qoyduq”, - deyə o bildirib.

