Naxçıvanda “Görmək gözəldir” adlı oftalmoloji tibbi aksiyaya start verilir

post-img

Naxçıvanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Görmək gözəldir" adlı oftalmoloji tibbi aksiyaya start verilir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aksiya muxtar respublika əhalisinin göz sağlamlığının qorunmasına yönəlib. Tədbir çərçivəsində bölgələrdə ödənişsiz müayinələrlə yanaşı, əhali arasında maarifləndirmə tədbirləri də keçiriləcək.

İlk tibbi müayinələr aprelin 15-də Ordubad rayonunun Dırnıs kəndindəki Ailə Sağlamlıq Mərkəzində aparılacaq. Əhalinin ödənişsiz oftalmoloji müayinəsi nəzərdə tutulur.

Aksiyanın digər bölgələri də əhatə etməsi planlaşdırılır.



Sosial həyat