Birinci rübdə “e-sosial” portalından 3,3 milyon dəfə istifadə olunub

post-img

Bu ilin birinci rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalından 3,3 milyon dəfə istifadə olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, 2019-cu ildə istifadəyə verilən portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlara dair toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış və yaranan sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı yaradır.

“E-sosial” portalı üzərindən pensiya, müavinət, təqaüd, əlillik, reabilitasiya, məşğulluq, iş yeri və s. barədə elektron arayışlar əldə etmək də mümkündür.

Portaldan qeydiyyatdan keçən aktiv istifadəçi sayı 2 milyon 325 minə çatıb.

Sosial həyat