Qarabağ “DOST Evi” filialı Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirib

post-img

5 İyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” filialı ağacəkmə aksiyası keçirib.

Bu barədə məlumatı ƏƏSMN verib.

Filialın həssas qruplara aid benefisiarlarının və DOST könüllülərinin da iştirakı ilə  keçən aksiya zamanı Qarabağ Regional DOST Mərkəzinin həyətyanı ərazisində kiparis agacları əkilib və onların mühafizəsi üçün tədbirlər görülüb.

Aksiyanın təşkilində məqsəd həssas qruplardan olan şəxslərin ətraf mühitin qorunması işinə cəlb olunması və bu sahədə maarifləndirilməsidir.









Sosial həyat