Xankəndi, Xocalı və Ağdərəyə 56 milyon manatdan çox investisiya qoyulub

post-img

İşğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın bərpası, iqtisadi fəaliyyət və məşğulluğun təmin edilməsi istiqamətində mühüm nəticələr əldə edilib. Ərazi üzrə ümumilikdə 506 obyektin icarəyə verilməsi təmin olunub. Xankəndi şəhərində 374, Ağdərədə 35, Xocalıda 97 obyekt sahibkarın istifadəsinə verilib. Hazırkı dövrədək ərazidə investorlar tərəfindən 56 milyon manatdan çox investisiyanın reallaşması baş tutub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsinin açılış mərasimində çıxışında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.

Onun sözlərinə görə, fəaliyyətə başlamış obyektlər üzrə 2 mindən çox şəxs işlə təmin edilib: “Mövcud müqavilələr üzrə digər obyektlər də fəaliyyətə başladığı zaman iş yerlərinin sayı 5 mindən yuxarı olacaq. Qeyd olunan iqtisadi uğurların əldə edilməsində dövlətimizin işğaldan azad olunmuş ərazilərdə tətbiq etdiyi güzəşt mexanizmləri də əhəmiyyətli rol oynayıb”.

Sosial həyat