Azərbaycanın və Gürcüstanın Baş prokurorları arasında görüş keçirilib

post-img

Tbilisidə səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev fevralın 23-də Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze ilə görüşüb.

XQ xəbər verir ki, Kamran Əliyev dəvətə görə gürcü həmkarına təşəkkürünü bildirib. O qeyd edib ki, Gürcüstan Azərbaycan üçün dost ölkədir.

Giorgi Qvarakidze qurumlararası münasibətlərin inkişafından məmnunluğunu ifadə edib.

Görüşdə iki ölkənin prokurorluq orqanları arasında cinayətkarlığın müxtəlif formalarına qarşı birgə mübarizə, həmçinin ekstradisiya və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahələrində praktiki əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Sosial həyat