18 yaşlı şəhid

post-img

Yardımlının Şəhidlər xiyabını şəhərin mərkəzində salınıb. Burada I və II Qarabağ müharibələrində canından keçmiş 100-ə qədər igidin adı əbədiləşdirilib. Onlardan biri də Əli Rzalıdır.

Rayonun Bilnə kəndində ildə 2 dəfə – anadan olduğu aprel və şəhadətə ucaldığı oktyabr aylarında camaatın yığışaraq ölməz xatirəsini yad etdiyi igid Vətən oğlu Əli Rzalı cəmi 19 il yaşasa da, qanı ilə tarix yazıb.

Ailənin qayğılarını göz önünə alaraq, diplomlu mütəxəssis olmağı sonraya saxlayan Əli erkən yaşlarından qollarını ç ırmalayaraq zəhmətə qatlaş ıb. Gecə-gü ndü z demədən çalışıb. Anası ona deyərmiş: “Sənin yoldaş ların ali məktəbdə oxuyub, bö yü k adam olacaqlar. Sən də get, oxu”. Əli isə təmkinlə cavab verərmiş: “Ana, kimin bö yü k adam olacağ ını zaman gö stərər, sən narahat olma. Mən həmiş ə sənin baş ını uca edəcəyəm”.

Xüsusi Təyinatlı Qoşunların əsgəri olan Əli Rzalı 2020-ci il sentyabrın 27-də erməni faşizminə qarşı döyüşlərə qatılıb, cəmi 5 gün Kəlbəcər istiqamətində, Murovdağ yüksəkliyində, “Koroğlu” postunda vuruşub və qəhrəmancasına şəhid olub. Onun döyüş yolunu, igidlik nümunəsini dövlətimiz yüksək qiymətləndirib. Prezidentin sərəncamları ilə şəhid soydaşımız III dərəcəli “Rəşadət” ordeni, “İgidliyə görə”, “Cəsur döyüşçü”, “Şücaətə görə”, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Onun ilk anım mərasimi rayonda çoxlarının yaddaşına yazılıb. Rayon icra başçısı Ayaz Əsgərov, deputat Musa Qasımlı və başqaları mərasimdə Vətən müharibəsində əsgərlərimizin qəhrəmanlığından danışıblar. Əlinin dayısı – tanınmış jurnalist Elşad Paşasoy qəhrəmanın uğrunda can verdiyi Murovdağdan gətirdiyi müqəddəs torpağı onun məzarı üstünə səpərək, xalqımızın hər bir şəhidlə fəxr etdiyini bildirib. Din xadimi Kərbəlayi Firidunun Qurani-Kərimdən rəhmət ayələri ilə bərabər, şair Sakit İlkinin Əliyə həsr etdiyi şeiri səsləndirməsi də hamını təsirləndirib.

And yerimsən, ocağımsan, pirimsən,
Nur üzlümsən, bir dənəmsən, birimsən,
Bundan belə dil-dil ötən dilimsən,
Sən - Tanrımın göndərdiyi pay, Əli,
Şəhadətin mübarəkdir, ay Əli!

Qeyd edək ki, həmin gün Bilnə kənd sakinlərinin təşəbbüsü, maddi dəstəyi və zəhməti ilə tikilmiş Əli bulağının da açılışı olub. Artıq 6 ildir ki, həmin bulağın suları şəhid ruhuna əbədiyyət nəğməsi oxuyur.

Elşad Paşasoyun dedikləri:

– Bacım oğlu Əli Rzalı da, xalam nəvəsi Şahin Tahirli də Vətən yolunda ölümə gedənlərdəndir. Əli orduya yollananda rayon səfərbərlik və hərbi xidmətə çağırış idarəsinin giriş ində “Qəhrəman olmurlar, qəhrəman doğ ulurlar” yazılmış lö vhənin altında dayanıb, qardaşım Xəqani Pşayevdən ş əklini yadigar olaraq ç əkməyi xahiş edib. Sanki ömrünün tezliklə sona yetəcəyini duymuşdu. O, XTQ-də xidmətə başladı, Füzuli, Cəbrayıl və Kəlbəcər rayonlarının işğaldan azad olunmasında fəal iştirak etdi və oktyabrın 2-də əbədiyyətə qovuşdu.

Kəndimizdəki Oşmonu bulağının yaxınlığında bir Xan çinar əkmişəm. Sən demə, Əli 2015-ci ildən onun gövdəsinə adını və altından da hər yeni təqvim ilini yazırmış. Diqqətlə baxanda görünür ki, 2020-ci ilin rəqəmlərini yarımçıq yazıb: 20... ardı yoxdur, əvəzində nida və sual işarələri həkk olunub. Bəlkə də həmin il şəhid olacağına görə Xan çinarın köksünə qıymayıb. Tarixi öz sinəsinə yazıb şəhid qanı ilə...

Vətən müharibəsi başlananda Əli ön cəbhədə olduğunu yalnız bacısı Səbinəyə deyib və tapşırıbmış ki, evdəkilər bilməsinlər, narahat olalar. Bacısı da bu sirri Əli ş əhid olan gü nə kimi saxlayıb.

Əli NƏCƏFXANLI
XQ

Sosial həyat