Bakı Zooparkında Amur pələngləri dünyaya gəlib

post-img

Bakı Zooloji Parkında biomüxtəlifliyin qorunması istiqamətində sevindirici və mühüm bir hadisə qeydə alınıb. Nəsli kəsilmək təhlükəsi altında olan Amur pələnginin 2 balası dünyaya gəlib.

Amur pələngi öz yarımnövləri içərisində böyüklüyünə görə birincidir. O, qütb və qonur ayıdan sonra quruda yaşayan üçüncü ən böyük yırtıcı hesab olunur. Təbii arealı əsasən Uzaq Şərqi və Çini əhatə edir. Hazırda bu növ Beynəlxalq Təbiəti Mühafizə Birliyinin "Qırmızı siyahı"sına və Rusiya Federasiyasının “Qırmızı Kitab”ına daxil edilib.

Qeyd edək ki Bakı Zooloji Parkının əsas məqsədi Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş, sayı azalan və nəsli kəsilmək təhlükəsi altında olan heyvan növlərinin qorunub saxlanılması, onların çoxaldılması və yenidən təbiətə buraxılmasıdır.

 



Sosial həyat