Elm və Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı 100,000 abunə sayını keçdiyi üçün gümüş plaket mükafatına layiq görülüb. Bu nailiyyət nazirliyin rəqəmsal kommunikasiya və ictimaiyyətlə əlaqələr sahəsində uğurlu fəaliyyətinin nəticəsi olaraq qiymətləndirilir.
Nazirlikdən verilən məlumata görə, 100 mindən çox izləyicisi olan “YouTube” kanalı vasitəsilə elm və təhsil sahəsinə dair maarifləndirici videolar, elmi-innovativ layihələrlə bağlı videoçarxlar, müsahibələr, müəllim və şagirdlərə dair motivasiyaedici süjetlər, habelə müxtəlif tədbirlər barədə məlumatlar ictimaiyyətə təqdim olunur. Platformada indiyədək 9776 video yayımlanıb və ümumi baxış sayı 20.000.000 nəfəri keçib.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi yalnız “YouTube”da deyil, digər sosial media platformalarında da geniş təmsil olunur:
Facebook – 241000 izləyici
Instagram – 152000 izləyici
LinkedIn – 23000 izləyici
X (Twitter) – 22000 izləyici
Telegram – 19000 abunəçi
TikTok – 17000 izləyici
"Whatsapp" kanalı - 38000 izləyici
Bu platformalarda nazirliyin ümumi fəaliyyəti, elm və təhsil sahəsinə dair bütün məlumatlar ictimaiyyətə operativ şəkildə çatdırılır.
Bizi izləməyi unutmayın! - https://linktr.ee/edu.gov.az