“Apple” şirkəti Android smartfonlarını “nəzarət cihazları” adlandıraraq “Google”u istifadəçilərə qarşı casusluqda ittiham edib. Qeyd edək ki, 2013-cü ildə də “Apple” şirkəti “Google”u Android smartfon istifadəçilərinə casusluqda ittiham etmişdi.
ABŞ Ədliyyə Nazirliyi “Google”a qarşı davam edən antiinhisar məhkəməsi zamanı şirkətin vitse-prezidenti Eddie Cue bildirib ki, “Apple” məxfiliyə “Google”dan daha yaxşı yanaşır. İzah edib ki, “Apple” istifadəçi məlumatlarına yalnız lazım gəldikdə daxil olur. “Google” isə daim istifadəçi hesabından məlumat toplayır.
Xatırladaq ki, “Google” “Apple” cihazlarında əsas axtarış sistemidir və bunun üçün Amerika İT nəhəngi “Apple”a ildə 18-20 milyard dollar ödəyir.
XQ

