Tramp: Tariflər ölkəyə hər gün 2 milyard dollar gəlir gətirir

post-img

ABŞ-ın tətbiq etdiyi tariflər ölkəyə hər gün, demək olar ki, 2 milyard dollar gəlir gətirir. Bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə bildirib. Məlumatı “Anadolu” verib. 

Tramp aprelin 2-də tətbiq edilən tarifləri şərh edərək, onları “qarşılıqlı ticarət razılaşmaları” adlandırıb. Onun sözlərinə görə, bu tədbirlər öz effektivliyini sübut edib: “Biz əla nəticələr əldə etmişik, bizə hər gün 2 milyard dollara yaxın vəsait daxil olur”.

Amerika lideri yeni şərtlərlə əlaqədar xarici tərəfdaşlarla danışıqların intensivləşdiyini də bildirib: “İndi Yaponiya nümayəndə heyəti saziş bağlamaq üçün bizə uçur, Cənubi Koreya da razılaşma axtarır və digər ölkələr də eyni yolla gedir”

Ağ Evin mətbuat katibi Caroline Leavitt daha əvvəl demişdi ki, tariflər açıqlanandan bəri 70-ə yaxın ölkə Trampa danışıqlara başlamaq təklifi ilə müraciət edib.

"Ölkələr ədalətsiz ticarət təcrübələrini aradan qaldırmaq və öz bazarlarını ABŞ-a açmaq üçün sözün əsl mənasında bir-biri ilə rəqabət aparırlar", - Levitt bildirib. 

Leavitt onu da qeyd edib ki, Tramp ABŞ-la əməkdaşlıqda maraqlı olduğunu bildirən hər bir ölkə ilə fərdi ticarət sazişlərinin hazırlanması barədə göstəriş verib.

 

P.ƏMİRCANOV

XQ

Dünya