Türkiyə prezidenti xristianların Pasxa bayramını təbrik edib

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xristian dünyasını ən mühüm bayramlarından biri olan Pasxa bayramı münasibətilə təbrik edib. Məlumatı “Anadolu” verib. 

“Hörmət və sevgini ön planda tutan bir sivilizasiyanın nümayəndələri olaraq, minilliklərdir Anadolunu sülh diyarına çevirmiş bütün həmvətənlərimizin öz dini, mədəniyyəti və adət-ənənələrini sərbəst şəkildə yaşamasına böyük əhəmiyyət veririk”, - deyə dövlət başçısı qeyd edib.

“Müxtəlif kilsə və məzhəblərə mənsub xristianlar arasından olan vətəndaşlarımızı Pasxa bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm”, - Türkiyə lideri bildirib.

Prezident “Birlik rəmzi olan Pasxa bayramının gətirdiyi sülh və sevgi, qardaşlıq və iştirak ruhunun hər zaman bəşəriyyəti müşayiət etməsini” arzulayıb: “Bu hiss və düşüncələrlə mən bir daha bütün xristianları, ilk növbədə, ölkəmizin vətəndaşlarını Pasxa bayramı münasibətilə təbrik edir, onlara firavanlıq arzulayıram”.

 

P.ƏMİRCANOV

XQ

Dünya