Ərdoğan dünya müsəlmanlarına təbrik ünvanlayıb

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə xalqını və bütün dünya müsəlmanlarını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib. Məlumatı “Anadolu” verib. 

Ərdoğan videomüraciətində “Millət olaraq nəfəs aldığımız bayram ab-havası birlik, həmrəylik və məhəbbət hisslərimizin zirvəyə çatdığı münbit məkandır. 86 milyonluq vətəndaşımızın hər birinin bu günləri xeyirxah işlərlə, xeyriyyəçiliklə dolduracağına ürəkdən inanıram”, - deyib.

Dövlət başçısı həmçinin Fələstin xalqına təbriklərini çatdırıb: “Ölkəm və xalqım adından Qəzzada və işğal olunmuş ərazilərdə qəhrəmancasına mübarizə aparan, İsrailin vəhşiliyinə müqavimət göstərən fələstinli qardaş və bacılarımızı ehtiramla salamlayıram”, - deyə, o, həlak olanların ailələrinə başsağlığı verib, həlak olanların ailələrinə tezliklə şəfa diləyib.

Prezident Ərdoğan Qəzza, Sudan və Somali də daxil olmaqla, dünyanın müxtəlif bölgələrində qarşıdurmaların və qeyri-sabitliyin tezliklə sona çatacağına ümid etdiyini bildirib: “Biz Türkiyə olaraq Fələstindəki soyqırımı dayandırmaq və Rusiya ilə Ukrayna arasında ədalətli sülhə nail olmaq üçün hər cür səy göstəririk. İyunun 2-də İstanbulda keçirilən görüş artıq 4 ildir davam edən qanlı müharibəyə son qoyulması istiqamətində tarixi addım idi”.

Prezident həmçinin Suriyada yeni administrasiyaya dəstək verilməsinin vacibliyini qeyd edib.

P.ƏMİRCANOV
XQ

Dünya