ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini Ukrayna ilə atəşkəs əldə etməyə çağırmağın hələ tez olduğunu bildirib. Bu barədə Bloomberg xəbər verir.
Jurnalistlərin “Putindən yenidən atəşkəs istəməyin vaxtı çatıbmı” sualına Tramp belə cavab verib: “Məncə, indi vaxt deyil. Ancaq lazımi anda bunu etməli olsam, çətin olacaq”.
ABŞ prezidenti bəyan edib ki, Rusiya lideri “həqiqətən də onu ruhdan salıb”. O təkid edir ki, Vaşinqtonun müttəfiqləri ABŞ-ın münaqişəyə son qoymaq üçün müdaxiləsini və Kremlə təzyiqlərini davam etdirməsini istəyirlərsə, Rusiya neftinin alınmasını dayandırmalıdırlar.
Onun fikrincə, neftin qiyməti aşağı düşərsə, Putin nizamlanma ilə razılaşacaq.
Tramp Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında görüş məsələsini “nisbətən tezliklə” həll edəcəyinə söz verib.
P.Əmircanov
XQ