Yle nəşrinin yazdığına görə, Finlandiya piyada əleyhinə minaların qadağan olunması haqqında Ottava Konvensiyasından rəsmi şəkildə çıxıb. Denonsasiya BMT-yə bildiriş təqdim edildikdən altı ay sonra - 10 yanvar tarixində qüvvəyə minib. Bununla da ölkə bu silah növündən öz hərbi arsenalında istifadə etmək hüququ qazanıb.
Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, konvensiyadan çıxışdan sonra ölkə sülh dövründə mina sahələrindən istifadə etməyəcək, lakin ehtiyatları saxlamaq niyyətindədir. Bu qərar 2024-cü ilin noyabrında Polşa və Baltik ölkələri ilə birgə qəbul edilib. Stubbun sözlərinə görə, bu addım Rusiya tərəfindən gələn təhdidlərlə bağlı təhlükəsizlik variantlarının öyrənilməsi zərurəti ilə əsaslandırılır.
Ottava Konvensiyası piyada əleyhinə minaların istifadəsini, istehsalını, toplanmasını və ötürülməsini qadağan edir, həmçinin iştirakçı dövlətləri mövcud ehtiyatları məhv etməyə öhdəlikləndirir. Müqavilə 1997-ci ildə imzalanıb, 1999-cu ildə qüvvəyə minib. Ona 163 dövlət qoşulub.
S.ELAY
XQ

