ABŞ prezidenti Donald Tramp sosial mediada paylaşdığı təxminən altı dəqiqəlik videomesajında bildirib ki, “Hərbi əməliyyatlar hazırda tam gücü ilə davam edir və bütün məqsədlərimizə çatana qədər davam edəcək”.
Məlumatı “Anadolu” verib.
O bildirib ki, zərbələr nəticəsində İranın hərbi komandanlığını “məhv edib”. İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) məxsus yüzlərlə hədəf vurulub, doqquz İran gəmisi məhv edilib. Tramp həmçinin İran lideri Ayətullah Əli Xameneinin öldürüldüyünü də bir daha təsdiq edib. Onun sözlərinə görə, “bütün İran hərbi komandanlığı” məhv edilib”.
Tramp qeyd edib ki, indiyədək üç amerikalı hərbçi həlak olub: “Təəssüf ki, daha çox itki olacaq. Bu, baş verəcək. Çox güman ki, daha çox olacaq, amma bunun baş verməməsi üçün əlimizdən gələni edəcəyik”.
İran xalqına və təhlükəsizlik qüvvələrinin üzvlərinə müraciət edən Tramp bəyan edib: “Bir daha İslam İnqilabı Keşikçiləri Korpusunu, İran ordusunu və polisini silahlarını yerə qoymağa çağırıb.
P.ƏMİRCANOV
XQ

