Latviyanın şərqindəki Rezekne şəhərindəki neft anbarına pilotsuz uçuş aparatı düşüb. Bu barədə “Delfi” portalı Dövlət Yanğından Mühafizə və Xilasetmə Xidmətinə istinadən məlumat verib.
Xəbəri TASS yayıb.
Latviyanın müdafiə naziri Andris Spruds bildirib ki, ilkin məlumatlara görə, dronlar respublikaya “Ukrayna tərəfindən Rusiyaya doğru yönəlmiş” şəkildə daxil ola bilər, lakin bunlar təsdiqlənməli olan fərziyyələrdir.
Yanğından Mühafizə Xidmətinin məlumatına görə, hadisə yerli vaxtla (Moskva vaxtı ilə) səhər saat 3:30 radələrində baş verib. Pilotsuz təyyarənin qəzaya uğraması nəticəsində içində neft məhsulları olmayan dörd saxlama çəni zədələnib. Hadisə yerində təcili yardım xidmətləri işləyir. Latviya polisi cinayət işi açıb.
Qeyd edək ki, martın sonlarında Ukraynaya məxsus pilotsuz təyyarələrin Litva, Latviya və Estoniyada qəzaya uğraması barədə məlumatlar yayılmışdı. Daha sonra Baltikyanı ölkələrin xarici işlər nazirləri birgə bəyanatda Ukraynanın öz hava məkanı vasitəsilə Rusiyaya hücum etməsinə icazə vermədiklərini təkzib etdilər.
P.ƏMİRCANOV
XQ

