23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətlə Milli Kitabxanada eyniadlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan bildirilib ki, sərgilərdə müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanun, Azərbaycan Respublikasında kitab və nəşriyyat işi, kitab mədəniyyəti, müəlliflik və patent hüququ, rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin nəşrləri, virtual məkanda müəlliflik hüququ və s. mövzularda Azərbaycan və xarici dillərdə kitablar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Umumdunya_Kitab_ve_Muelliflik_Huququ_Gunu/index.htm
linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgi bir həftə davam edəcək.