Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq.
Bununla da pley-offun bütün iştirakçıları bəlli olacaq.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası Yunanıstanda AEK-in qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Komandalar arasında keçirilmiş ilk matçda Afina təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Bu cütün qalibi pley-off mərhələsində Belçikanın “Antverpen” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, AEK – “Dinamo” görüşü avqustun 8-də keçirilməli olsa da, azarkeş ölümünə görə təxirə salınmışdı.
"Xalq qəzeti"

