Dünən Misli Premyer Liqasının XVIII turuna iki oyunla start verilib. Yevlax şəhər stadionunda “Karvan-Yevlax” “Sumqayıt”ı qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 2:0.
Bu qələbədən sonra 27 xala malik “Sumqayıt” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 6 xalı olan “Karvan-Yevlax” isə sonuncu – 12-cidir.
Günün son matçında “Qəbələ” evdə “İmişli” ilə üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma 3:2 hesabı ilə başa çatıb. “İmişli” 18 xalla 9-cu, “Qəbələ” 14 xalla 10-cu sıradadır.
Turun digər görüşlərində yanvarın 31-də Yevlax şəhər stadionunda “Kəpəz” – “Şamaxı”nı, Zirə İdman Kompleksinin stadionunda “Zirə” – “Sabah”ı qəbul edəcək, fevralın 1-də isə “Liv Bona Dea Arena”da “Araz - Naxçıvan” – “Neftçi”, “Azersun Arena”da “Qarabağ” – “Turan Tovuz” qarşılaşmaları keçiriləcək.
Qabil YUSİFOĞLU
XQ

