UEFA Çempionlar Liqasının pley-off görüşləri

post-img

Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib. İngiltərənin “Nyukasl” komandası ilə qarşılaşan Qurban Qurbanovun yetirmələri 2:3 hesabı ilə uduzub.
Ev sahiblərinin qollarını Sandro Tonali (5), Joelinton (6) və Sven Botman (52) vurublar. Ağdam təmsilçisinin heyətində isə Kamilo Duran (51) və Elvin Cəfərquliyev (57) fərqləniblər. İlk matçda da rəqibinə uduzan (1:6) “köhlən atlar” Çempionlar Liqasında çıxışlarını başa vurub
Pley-off mərhələsinin digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:
“Atletiko” (İspaniya) – “Brügge” (Belçika) 4:1 (3:3), “Bayer 04” (Almaniya) – “Olimpiakos” (Yunanıstan) 0:0 (2:0), “İnter” (İtaliya) – “Budyo Qlimt” (Norveç) 1:2 (1:3). Beləliklə “Atletiko”, “Nyukasl”, “Bayer 04” və “Budyo Qlimt” komandaları növbəti raunda vəsiqə qazanıblar.

Qabil YUSİFOĞLU
XQ

İdman