Şahmatçılarıımza Avropa çempionatının  gümüş və bürünc medalları təqdim edilib

post-img

Polşada keçirilən şahmat üzrə şəxsi Avropa çempionatının bağlanış mərasimi keçirilib. 

Azərbaycan  Şahmat Federasiyasından verilən məlumata görə, qitə çempionatında müvafiq olaraq ikinci və üçüncü yeri tutan təmsilçilərimiz Nicat Abasovla Aydın Süleymanlıya gümüş və bürünc medal, o cümlədən kubok təqdim olunub.

Qeyd edək ki, yekunda gümüş və bürünc medalçı Nicat Abasovla Aydın Süleymanlı, eyni zamanda dördüncü pillədə qərarlaşan Məhəmməd Muradlı gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıb.

Qabil YUSİFOĞLU

XQ



İdman