“Speedtest Global Index”: Azərbaycan sabit genişzolaqlı internetin sürətinə görə regionda liderliyini saxlayır

post-img

Bu ilin sentyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (84,02 Mbps) görə avqust ayına nisbətən 7 pillə geriləyərək 154 ölkə arasında 83-cü olub.

XQ “Speedtest Global Index”in hesabatına istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti (52,06 Mbps) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 61,4 faiz artıb.

Azərbaycan bu göstərici ilə Türkiyə (59,87 Mbps), İran (19,23 Mbps), Gürcüstan (43,14 Mbps), Ermənistan (71,81 Mbps), Qazaxıstan (81,55 Mbps), Qırğızıstan (82,81 Mbps) və Belarusu (81,95 Mbps) geridə qoyub.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yerdə Sinqapur (400,68 Mbps), axırıncı yerdə isə Suriya (3,43 Mbps) qəraraşıb.

Azərbaycan sentyabrda mobil internetin sürətinə görə isə iyul ayına nisbətən 1 pillə geriləyərək 78,34 Mbps sürətlə 107 ölkə arasında 52-ci olub. Mobil internetin sürətinə görə birinci yerdə Birləşmiş Ərəb Əmirlikləri (624,87 Mbps), sonuncu yerdə isə Boliviya (14,53 Mbps) qərarlaşıb.

Sentyabrda Bakı şəhərinin sabit genişzolaqlı internetin sürətinə görə mövqeyi əvvəlki aya nisbətən 2 pillə geriləyərək 198 şəhər arasında 85,28 Mbps sürətlə 111-ci yerdə qərarlaşıb. Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Çilinin Valparaiso (398,21 Mbps) şəhəri başçılıq edib. Sonuncu pillədə Hələb (2,79 Mbps) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən yer dəyişməyərək 100,11 Mbps sürətlə 151 şəhər arasında 81-ci olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yerdə Əbu-Dabi (671,44 Mbps), sonuncu yerdə isə La Pas (Boliviya) (10,43 Mbps) olub.

İqtisadiyyat